Bakı. Trend:
VTB (Azərbaycan) bütün müddətlər üzrə manatla olan əmanətlərin faizlərini artırıb. Maksimal gəlirlik “Sərfəli” depoziti üzrə 11,75% müəyyən edilib.
Bundan əlavə, bank “Avans” əmanət üzrə gəlirliliyi illik 9,75%-dək qaldırıb. Bu məhsul üzrə müştərilər faizlərini əmanəti rəsmiləşdirdikdən dərhal sonra əldə edə bilirlər.
VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, pərakəndə biznesin rəhbəri Yaşar Kərimovun sözlərinə görə, müştərilər getdikcə daha fəal şəkildə vəsaitlərini VTB-də yerləşdirirlər.
“Xüsusilə "Sərfəli" depozitinə tələbat yüksəkdir – əmanəti 18 ay və daha uzun müddətə yerləşdirən müştərilər 11,75% illik gəlir qazana, həmçinin vergi ödəməkdən də azad olurlar”, – deyə Kərimov şərh edib.
VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
