Bakı. Trend:
ABŞ Senatı prosedur səsverməsi zamanı ilk dəfə olaraq Vaşinqton administrasiyasına İrana qarşı hərbi əməliyyatları dayandırmağı əmr edən qətnaməni dəstəklədi.
Trend-in məlumatına görə, bu barədə "C-SPAN" televiziya kanalı xəbər verib.
Qətnamənin lehinə əlli qanunverici, əleyhinə isə 47 nəfər səs verib. Demokratların əksəriyyəti ilə yanaşı, Respublikaçılar Rand Paul (Kentukki), Lisa Murkovski (Alyaska), Syuzan Kollins (Men) və Bill Kassidi (Luiziana) da səs veriblər. Onu dəstəkləməyən yeganə demokrat Con Fetterman (Pensilvaniya) olub.