Bakı. Trend:
2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilib.
Trend-in məlumatına görə, bu çərçivədə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş kreditlərin həcmi 2,5 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz artıb.
