Tramp milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 20 May 2026 01:35 (UTC +04:00)
Tramp milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İran və ona qarşı yenidən hərbi əməliyyatların yenidən bərpa edilməsi ilə bağlı təhlükəsizlik sahəsi üzrə nümayəndələr ilə görüş keçirib.

Trend-in məlumatına görə, bu barədə "Axios" nəşri mənbələrə istinadən xəbər verib.

"İki rəsmi şəxs bildirib ki, Tramp bazar ertəsi axşamı İranla bağlı görüş üçün yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərini toplayıb. Hərbi fəaliyyət variantlarına dair brifinq də keçirilib. Görüş Trampın çərşənbə axşamına planlaşdırılan İrana zərbələri təxirə saldığını elan etməsindən bir neçə saat sonra baş tutub", - deyə bildirilib.

ABŞ rəsmiləri Trampın yeni hücumların təxirə salındığını elan etməzdən əvvəl İrana yenidən hücum etmək qərarı vermədiyini açıqladılar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti