İran ABŞ-yi BMT TŞ qərarlarından sui-istifadə etməkdə ittiham edib

Dünya xəbərləri Materials 20 May 2026 02:20 (UTC +04:00)
İran ABŞ-yi BMT TŞ qərarlarından sui-istifadə etməkdə ittiham edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İran və onun dinc nüvə proqramı haqqında yalanlar yaymaqla BMT Təhlükəsizlik Şurasından sui-istifadə edir.

Trend-in məlumatına görə, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb.

"Tarixdə nüvə silahından istifadə edən yeganə ölkə olan ABŞ BAEA-nin təminatları altında dinc nüvə obyektlərinə edilən hücumlara, mülki şəxslərə və infrastruktura edilən zərbələrə görə məsuliyyət daşıyır. ABŞ qanunsuz dəniz blokadaları və İsrail rejiminin bölgədəki cinayətlərinə və vəhşiliklərinə qeyd-şərtsiz dəstək verməklə beynəlxalq hüququ pozmağa davam edir", - deyə bildirilib.

İranın daimi nümayəndəliyi bildirib ki, Vaşinqton "İrana qarşı yalanlar, saxta ittihamlar və dezinformasiya yaymaqla BMT Təhlükəsizlik Şurasının platformasından bir daha sui-istifadə edib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti