Rəşad Nəbiyev Dünya Bankının regional direktoru ilə görüşüb

İqtisadiyyat Materials 19 May 2026 16:21 (UTC +04:00)
Rəşad Nəbiyev Dünya Bankının regional direktoru ilə görüşüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysnın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı LRT (yüngül relsli nəqliyyat) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər həmçinin telekommunikasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması istiqamətində razılıq əldə ediblər.

Xəbər lenti

Xəbər lenti