ADY-dən Bakı-Tbilisi qatarı ilə bağlı açıqlama

Cəmiyyət Materials 19 May 2026 10:54 (UTC +04:00)
ADY-dən Bakı-Tbilisi qatarı ilə bağlı açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat yayıb.

ADY-dən Trend-ə verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq.

"Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq". - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti