Bakı. Trend:
“Space FM”in rəhbərliyinə yeni direktor təyin edilib.
Trend xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev (DJ Çina) gətirilib.
O, təyinatını sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Space FM”in əvvəlki direktoru Sərxan Qədimov vəzifəsindən azad olunmuşdu.
