Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin ümumi dəyərinə dair baxışlarını açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə “Fortune” jurnalına verdiyi müsahibədə danışıb.
Trampın sözlərinə görə, ABŞ-nin ümumi dəyəri yüzlərlə trilyon dollar səviyyəsində qiymətləndirilə bilər.
Jurnalistlər daşınmaz əmlak sahəsində təcrübəyə malik olan Trampdan ABŞ-ni qiymətləndirməsini və hesablamalara təbii sərvətlərlə yanaşı, Böyük Kanyon kimi tanınmış tarixi və təbii məkanları da daxil etməsini istəyiblər.
“Bütün bunları birlikdə nəzərə alsaq, söhbət yüzlərlə trilyon dollardan gedə bilər”, — deyə Tramp qeyd edib.