Qvardiola "Mançester Siti"dən ayrılacaq

İdman Materials 19 May 2026 01:05 (UTC +04:00)
Qvardiola "Mançester Siti"dən ayrılacaq

Bakı. Trend:

Pep Qvardiola “Mançester Siti"nin baş məşqçisi kimi son mövsümünü keçirir.

Trend "Daily Mail"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə çempionatı başa çatdıqdan sonra istefa vermək qərarı alıb. Klub artıq sponsorlara və tərəfdaşlara məşqçinin gedişinin qaçılmaz olduğunu bildirməyə başlayıb.

Rəsmi təsdiqin bazar günü veriləcəyi gözlənilir.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 20 titul qazanıb.

Xəbər lenti

Xəbər lenti