Bakı–Tbilisi–Qars dəmir yolu üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 18 May 2026 17:26 (UTC +04:00)
Bakı–Tbilisi–Qars dəmir yolu üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan arasında Bakı–Tbilisi–Qars dəmir yolu üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Görüşdə Bakı – Tbilisi – Qars dəmir yolu layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda – Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası və inşası ilə bağlı Koordinasiya Şurasının 41-ci iclasının Protokolunu imzaladıq.

Sənəd regional nəqliyyat bağlantılarının gücləndirilməsi, tranzit imkanlarının genişləndirilməsi və Orta Dəhliz üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu sənəd Bakı – Tbilisi – Qars dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernizasiya işlərinin yekun qəbulunu və tamamlanmasını təsdiq edir. Nəqliyyat sektorunun inkişafına göstərdiyi davamlı diqqət və dəstəyə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk", - paylaşımında qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti