Bakı. Trend:
Vaşinqton və Pekin, xüsusən də kənd təsərrüfatı sektorunda əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilib.
"Çin 2026 (...), 2027 və 2028-ci illərdə hər il ən azı 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları alacaq", - deyə qeyd olunub.
Bundan əlavə, Çin "Amerika mal əti üçün bazara çıxışı bərpa etdi".
ABŞ administrasiyası həmçinin qeyd edib ki, Tramp və Çin sədri Si Cinpin "dünyadakı biznes və istehlakçılar üçün sabitliyi və inamı artıracaq" bir sıra məsələlərdə razılığa gəliblər.