Bakı. Trend:
Yaxın illərdə prioritet istiqamətlərdən biri rahatlıq və əlçatanlığı birləşdirən fərdi yaşayış evlərinin tikintisi olacaq. Yeni istiqamətlərdən biri də tikinti layihələrinin karbon izinin qiymətləndirilməsi olacaq və bu sahədə RDF texnologiyalarından istifadə ediləcək.
Trend xəbər verir ki, bunu Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
Sədr xatırladıb ki, hazırkı sessiya Yeni Şəhər Gündəliyinin icrasının 10 illiyinə təsadüf edir: "Bu dövr optimal həll yollarının axtarışı mərhələsi olub. Bu gün əldə olunan nailiyyətləri möhkəmləndirmək və yeni prioritetləri müəyyən etmək vacibdir. Belarus səmimi dialoqa və məzmunlu tərəfdaşlığa açıqdır və müasir şəhərsalma çağırışlarının həlli istiqamətində sizinlə birlikdə çalışmağa hazırdır. Yalnız səyləri birləşdirərək və hər kəsin səsini dinləyərək yüksək həyat keyfiyyəti və rifah üçün bütün şəraitin yaradıldığı şəhərlər qura bilərik”.
