Bakı artıq ideyalar üçün qlobal platformaya çevrilib - Albana Koçiu

Siyasət Materials 18 May 2026 17:23 (UTC +04:00)
Bakı artıq ideyalar üçün qlobal platformaya çevrilib - Albana Koçiu
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı təkcə enerji əlaqələrinin mərkəzi deyil, eyni zamanda dialoq və ideyalar üçün qlobal bir platformaya çevrilib.

Trend xəbər verir ki, bunu Albaniya Baş nazirinin müavini Albana Koçiu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Onun sözlərinə görə, bu gün sülh, iqlim, insan inkişafı və dayanıqlılıq əsas müzakirə mövzularıdır:

"Mənzil məsələsi isə bu gündəmin mərkəzində dayanır. Təhlükəsizlik, əlverişsiz şəraitdə böyüyən uşaqlar, fəlakətlərlə üzləşən icmalar göstərir ki, bu problem artıq qlobaldır. Mənzil problemi artıq bərabərliyin və sosial sabitliyin əsas təməl daşlarından biridir. Təxminən on il əvvəl Albaniya ölkə üzrə bələdiyyələrdə transformativ şəhər intibahı proqramına başladı. O dövrdə bu təşəbbüs çoxları tərəfindən sadəcə şəhər “kosmetikası” kimi qiymətləndirildi. Amma bu proqram ictimai meydanların, gəzinti zonalarının, tarixi mərkəzlərin, parkların və şəhər xidmətlərinin yenidən təşkili baxımından dönüş nöqtəsinə çevrildi".

Albana Koçiu qeyd edib ki, Albaniya "dayanıqlılıq" sözünün mənasını da ağır nəticələrdən sonra öyrənib.

"2019-cu ildə baş verən zəlzələ bizə xatırlatdı ki, mənzil sadəcə başın üstündə bir dam deyil. Mənzil həm də fəlakətlərə qarşı ilk müdafiə xəttidir. Gələcəyin şəhərləri zəlzələ riski, daşqınlar, sürüşmələr və ekstremal hava şəraiti nəzərə alınaraq inşa edilməlidir. Daha da önəmlisi, bu şəhərlər iqlim dəyişikliyinin gətirəcəyi təsirləri əvvəlcədən proqnozlaşdıran yanaşma ilə qurulmalıdır. Şəhər keyfiyyətinə investisiyalar davam etdirilməli, ictimai məkanlar genişləndirilməli, daha yaşıl məhəllələr yaradılmalı, bərpa olunmuş mərkəzlər, daha yaxşı xidmətlər, daha inklüziv şəhərlər formalaşdırılmalıdır. Eyni zamanda, ağıllı şəhərlər qurulmalıdır. Albaniya artıq "Milli ağıllı şəhər" təşəbbüsünü başlayıb", - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti