Mənzil məsələsini dayanıqlı inkişafın mərkəzinə qoymaq vaxtıdır - Antonio Quttereş

Cəmiyyət Materials 18 May 2026 13:14 (UTC +04:00)
Mənzil məsələsini dayanıqlı inkişafın mərkəzinə qoymaq vaxtıdır - Antonio Quttereş
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Şəraitsiz mənzillərdə, formal olmayan yaşayış məntəqələrində və gecəqondularda yaşayan xeyli əhali var. Heç bir cəmiyyət bundan sığortalanmayıb.

Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) rəsmi açılış mərasimində videobağlantı ilə çıxış edərkən deyib.

"İstər inkişaf etməkdə olan ölkələrdə sürətlə böyüyən şəhərlər olsun, istərsə də yüksək kirayə qiymətləri və artan evsizlik problemi ilə üzləşən inkişaf etmiş ölkələr. Mən tələbə olduğum dövrdə Lissabonun ən kasıb məhəllələrində könüllü işləyərkən gördüm ki, mənzil şəraiti insanların sağlamlığına, təhsilinə və gələcəyinə nə qədər dərin təsir göstərir.

Mən “Gələcək üçün Pakt”ın və Doha siyasi bəyannaməsinin mənzili prioritet kimi tanımasından qürur duyuram. İndi mənzil məsələsini dayanıqlı inkişafın mərkəzinə qoymaq vaxtıdır.

Bərabərsizliklər sosial gərginliyi daha da alovlandırır. Mənzil hüququ hər bir insan haqqıdır və insan ləyaqətinin əsasını təşkil edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasınin bu hüququn hamı üçün reallığa çevrilməsi üçün bir katalizator olmasını diləyirəm. Birlikdə dünyanı mənzillə təmin edə bilək və heç kəsi kənarda qalmasn", - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti