Qızıl fyuçerslərinin qiyməti 4500 dollardan aşağı düşdü

İqtisadiyyat Materials 18 May 2026 06:43 (UTC +04:00)
Qızıl fyuçerslərinin qiyməti 4500 dollardan aşağı düşdü

Bakı. Trend:

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsidir) 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.

Saat 05:02-yə olan məlumata əsasən, qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollara düşüb.

Saat 05:12 üçün fyuçerslər enişini yavaşladıb və bir troy unsiyası üçün 4507 dollar (-1,2%) səviyyəsində olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti