Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri mayın 17-də İraq ərazisindən atılan üç dronu ələ keçirərək məhv edib.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, "Müdafiə Nazirliyi uyğun vaxtda cavab vermək hüququnu özündə saxlayır" və "Krallıq vətəndaşlarının və sakinlərinin suverenliyini və təhlükəsizliyini pozmaq üçün edilən hər hansı bir cəhdin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək".