WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısının bağlanış sessiyası keçirilir

Cəmiyyət Materials 17 May 2026 18:11 (UTC +04:00)
WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısının bağlanış sessiyası keçirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Yeni Şəhər Gündəliyi (NUA) üzrə Nazirlər Görüşü – Bağlanış Sessiyası” keçirilir.

Trend xəbər verir ki, görüşün yekununda Yeni Şəhər Gündəliyinin icrasına dair siyasi öhdəliklərin gücləndirilməsi, mənzil siyasətinin dayanıqlı şəhər inkişafının mərkəzinə yerləşdirilməsi və 2036-cı ilədək fəaliyyətin sürətləndirilməsi məqsədilə yeni yanaşmaların formalaşdırılması nəzərdə tutulur.

Tədbirin nəticələri yekun sənəddə əks olunacaq və bu sənəd NUA üzrə aralıq icmal prosesinə, HLPF 2026 müzakirələrinə, həmçinin WUF13-ün əsas yekun sənədlərindən biri olan "Baku Call to Action” təşəbbüsünə töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti