Bakı.Trend:
Mayın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda BMT-nin rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.
Trend xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.
Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı və Birləşmiş Millətlər Təşkilatının bayrağı qaldırılıb.
Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur.
