WUF13 çərçivəsində “Bakı Fəaliyyətə Çağırışı” sənədi qəbul olunacaq - Yalçın Rəfiyev (ÖZƏL)

Cəmiyyət Materials 17 May 2026 09:35 (UTC +04:00)
WUF13 çərçivəsində “Bakı Fəaliyyətə Çağırışı” sənədi qəbul olunacaq - Yalçın Rəfiyev (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Bakı Fəaliyyətə Çağırışı” sənədi qəbul olunacaq.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, forum çərçivəsində müxtəlif formatlarda sessiyalar, dialoqlar, assambleyalar və çoxtərəfli tədbirlər təşkil olunacaq.

“Bu tədbirlər dövlət qurumlarını, vətəndaş cəmiyyəti təşkilatlarını, özəl sektor nümayəndələrini və digər tərəfləri bir araya gətirəcək”, - deyə o bildirib.

Y.Rəfiyev qeyd edib ki, forumun əsas yekun sənədi “Bakı Fəaliyyətə Çağırışı” olacaq.

“Forum çərçivəsində müxtəlif yekun sənədlərinin hazırlanması nəzərdə tutulur. Əsas sənəd “Bakı Fəaliyyətə Çağırışı” olacaq. Bununla yanaşı, müxtəlif görüşlərin yekunlarına dair sədr xülasələri də hazırlanacaq. Həmin sənədlər bu ilin iyul ayında BMT-nin mənzil-qərargahında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumun işinə töhfə verəcək”, - deyə nazir müavini əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti