WUF13 çərçivəsində bir sıra anlaşma memorandumları imzalanacaq — UN-Habitat rəsmisi (ÖZƏL)

İqtisadiyyat Materials 17 May 2026 09:17 (UTC +04:00)
WUF13 çərçivəsində bir sıra anlaşma memorandumları imzalanacaq — UN-Habitat rəsmisi (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bir sıra anlaşma memorandumları imzalanacaq.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Raf Toets Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, əvvəlcə Azərbaycanın forum üçün həyata keçirdiyi hazırlıqları yüksək qiymətləndirib.

Onun sözlərinə görə, bu, iştirak etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumudur.

“2001-ci ildən keçirilən bütün şəhərsalma forumlarında iştirak etmişəm. WUF urbanizasiya, yaşayış və şəhər inkişafı sahəsində təcrübə mübadiləsi və dialoq üçün yaradılıb. Hər forumda iştirakçıların sayı, tədbirlərin miqyası və müzakirələrin müxtəlifliyi daha da artır”, – deyə o bildirib.

R.Toets qeyd edib ki, Azərbaycan və Bakı şəhərinin forum üçün gördüyü hazırlıq işləri xüsusi təəssürat yaradıb.

“Son iki il ərzində hazırlıq prosesini izləyirdik. Bakıya gəldikdən sonra isə infrastruktur, təşkilatçılıq səviyyəsi və Azərbaycanın foruma verdiyi dəstək məni həqiqətən heyran etdi. Hazırda nazirlərin görüşü başlayır və forumla bağlı gözləntilərim çox yüksəkdir”, – deyə UN-Habitat rəsmisi vurğulayıb.

O əlavə edib ki, WUF13 beynəlxalq tərəfdaşlıqların qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün də mühüm platformadır.

“Forumda 120-dən çox ölkə və çoxsaylı tərəfdaş iştirak edir. Həftə ərzində müxtəlif tərəfdaşlarla anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur. Bu sənədlərin bir qismi icraçı direktor, bir qismi isə mənim iştirakımla imzalanacaq. Forum yeni əməkdaşlıqların qurulması üçün hər zaman yaxşı imkan yaradır”, – deyə R.Toets əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti