ABŞ bəzi qoşun bölmələrini Texasdan Polşaya köçürür

Dünya xəbərləri Materials 17 May 2026 04:57 (UTC +04:00)

Bakı. Trend:

ABŞ 1-ci süvari diviziyasının bölmələrini Texasdan Polşaya köçürür.

Trend-in məlumatına görə, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun direktoru Bartoş Qrodetski bildirib. Qeyd olunur ki, Polşadakı Amerika qoşunlarının sayında hazırkı dəyişiklik ABŞ qüvvələrinin Texas ştatının Fort Hud şəhərindən davam edən rotasiyası ilə əlaqədardır.

İndiyə qədər planlaşdırılan qoşun sayının 20%-dən çoxu, eləcə də hərbi texnikanın təxminən 70%-i Fort Huddan Polşaya yerləşdirilib ki, bu da qüvvələrin hazırlığında əsas amildir.

Xəbər lenti

Xəbər lenti