Bakı.Trend:
Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi rabitə operatorlarını nömrələmə resursları üçün dövlət rüsumlarının iki dəfə artırılması barədə xəbərdar edib. Dövlət rüsumlarının məbləği Rusiyada sonuncu dəfə 2014-cü ildə dəyişdirilmişdi.
Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.
Nazirliyin saytında dərc olunan sənəddə qeyd olunur ki, bir telefon nömrəsi üçün dövlət rüsumu 50 rubldan 100 rubla (təxminən 1,07 manatdan 2,14 manata) qaldırılacaq.
Mobil rabitə şəbəkələrinin identifikasiya kodu üçün rüsum isə 3,25 milyon rubldan 6,5 milyon rubla (təxminən 69,6 min manatdan 139,1 min manata) çatdırılacaq.
Yeni tariflər iyunun 1-dən qüvvəyə minəcək.
