Bakı. Trend:
Tailandın paytaxtı Banqkokda yük qatarı marşrut avtobusuna çırpılıb. Nəticədə azı 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Trend xəbər verir ki, Tailad mediasına istinadən xəbər verir.
Məlumata görə, qəza günün ikinci yarısında şəhərin mərkəzində, hava limanına gedən şəhər dəmir yolu xəttinin stansiyası yaxınlığında baş verib.
Məlumata əsasən, dəmir yolu keçidinin qarşısında avtomobil sıxlığı yaranıb və bu zaman relslərin üzərində olan avtobusa qatar çırpılıb. Zərbənin təsirindən bir neçə nəqliyyat vasitəsi relslər boyunca sürüklənib, daha sonra avtobus yanmağa başlayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
