Çin Amerikadan neft idxalını artıracaq - Kris Rayt

Dünya xəbərləri Materials 15 May 2026 23:51 (UTC +04:00)
Çin Amerikadan neft idxalını artıracaq - Kris Rayt
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Amerikadan neft idxalını artıracaq.

Trend xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

Onun sözlərinə görə, təkcə Çin deyil, digər Asiya ölkələri də Alyaskadan neft almaqda maraqlıdırlar.

Hörmüz boğazındakı vəziyyətə toxunan nazir bildirib ki, bu su yolu əhəmiyyətini itirir və buna görə də Fars körfəzi ölkələrindən enerji ixracı üçün "yeni marşrutlar" hazırlanır. O, xüsusilə Yaxın Şərqdə daha çox boru kəmərinin çəkilməsinin planlaşdırıldığını bildirib.

"Fars körfəzindən enerji resurslarının ixracı üçün başqa marşrutlar da olacaq. Hörmüz boğazının əhəmiyyətinin azaldığını görəcəyik, lakin bu ölkələrdən enerji istehsalı və təchizatının əhəmiyyəti azalmayacaq", - deyə o əlavə edib.

Xatırladaq ki, bu həftə Çinə səfər edən ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin Amerika neftini almağı düşündüyünü bildirmişdi.

Xəbər lenti

Xəbər lenti