Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinə səfərindən sonra Vaşinqton və Pekinin onlarla müqavilə imzalaya biləcəyini bildirib.
Trend-in məlumatına görə, bu barədə D. Tramp "Fox News" telekanalına verdiyi müsahibəsində deyib.
Çin prezidenti Si Cinpinlə görüşünün mümkün razılaşmalar üçün zəmin yaratmağa müvəffəq olması ilə bağlı suala Ağ Ev rəhbəri görüşlərin "keçən dəfədən daha yaxşı" keçdiyini cavab verib.
"Bilirsiniz, keçən dəfə təxminən 36 razılaşma bağlamışdıq. Bu dəfə isə daha çox razılaşma olub", - deyə o qeyd edib.
"Düşünürəm ki, razılığa gələcəyimiz məsələlərdən biri də onların ABŞ-dən neft almaq istəmələri ilə bağlı razılığa gəlmələridir. Onlar Texasa gələcəklər - biz Çin gəmilərini Texasa, Luizianaya və Alyaskaya göndərəcəyik. Düşünürəm ki, razılığa gəldiyimiz məsələlərdən biri də budur", - deyə ABŞ prezidenti əlavə edib.
