Güclü külək Ağcabədidə bir sıra fəsadlara səbəb olub (FOTO)

Cəmiyyət Materials 14 May 2026 08:09 (UTC +04:00)
Güclü külək Ağcabədidə bir sıra fəsadlara səbəb olub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi şəhərində müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

Trend-in yerli müxbirinin məlumatına görə, ötən gecə güclü küləyin təsirindən iri gövdəli ağac aşaraq “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bundan əlavə, şəhərin digər ərazisində qaz xəttində qırılma baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti