İqlim dəyişikliyi iqtisadiyyata, ərzaq təhlükəsizliyinə və səhiyyəyə təhdid yaradır - Muxtar Babayev

Siyasət Materials 14 May 2026 11:50 (UTC +04:00)
İqlim dəyişikliyi iqtisadiyyata, ərzaq təhlükəsizliyinə və səhiyyəyə təhdid yaradır - Muxtar Babayev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

İqlim dəyişikliyi təkcə ətraf mühit üçün deyil, eyni zamanda iqtisadiyyat, ərzaq təhlükəsizliyi və səhiyyə üçün təhdidə çevrilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.

“İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil. Bu, su qıtlığı, ərzaq təhlükəsizliyi, səhiyyə, miqrasiya, iqtisadi sabitlik və hətta regional təhlükəsizlik məsələsinə çevrilib”, – deyə o bildirib.

M.Babayevin sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən, 2024-cü il müşahidələr tarixində ən isti il kimi qeydə alınıb, son onillik isə müasir tarixdə ən isti dövr olub.

O qeyd edib ki, son 50 ildə dünyada hava ilə əlaqəli təbii fəlakətlərinin sayı təxminən beş dəfə artıb, iqtisadi itkilər isə 4,3 trilyon dolları ötüb.

M.Babayev həmçinin vurğulayıb ki, hazırda təxminən 3,6 milyard insan iqlim dəyişikliyinin təsirlərinə qarşı son dərəcə həssas bölgələrdə yaşayır, dünya əhalisinin az qala yarısı isə ciddi su çatışmazlığı ilə üzləşir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti