Bakıda məktəbdə pəncərədən yıxılan şagirdin vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 14 May 2026 14:24 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

175 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - məlumatda qeyd edilib.

Təbib-dən isə soğrumuza cavab olaraq bildirilib ki, bu gün10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti