Fransada baş verən atışmada bir yeniyetmə həlak olub

Dünya xəbərləri Materials 15 May 2026 00:41 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Nant şəhərinin Port-Boyer rayonunda baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

Nəşrin məlumatına əsasən, xəsarət alanlar və ölənlər 13-15 yaşları arasında olan yeniyetmələrdir.

Atəş açan cinayətkarlar hadisə yerindən qaçıblar.

Qeyd edilib ki, bu, ilin əvvəlindən bəri Nantda baş verən 26-cı atışmadır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti