Xankəndidə “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2026 13:01 (UTC +04:00)
Xankəndidə “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi keçirilib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi.Trend:

Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat mərasimi və sərgi təşkil olunub.

Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir Qarabağ Universiteti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Layihə çərçivəsində Qarabağın görkəmli şəxsiyyətlərinin mismar və sap texnikası ilə hazırlanmış portretləri nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlərin müəllifi tətbiqi sənət ustası Minarə Mehdidir. A

çılış mərasimində çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb.

O, qeyd edib ki, sənət milli yaddaşın yaşadılmasında mühüm rol oynayır və Qarabağın dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması hər kəsin mənəvi borcudur. Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə sərginin əhəmiyyətini yüksək qiymətləndirib, belə layihələrin regionun mədəni həyatının canlanmasına və mədəni irsin təbliğinə töhfə verdiyini bildirib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə və dekan Türkər Qasımzadə də çıxış edərək, layihənin tələbələrin estetik dünyagörüşünün formalaşmasında və incəsənət sahəsində bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbələri tərəfindən musiqi nömrələri təqdim olunub. Qarabağ ruhunu əks etdirən ifalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.Sonda sərgiyə baxış keçirilib, xatirə fotoları çəkilib. Bildirilib ki, “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” layihəsi bölgənin zəngin mədəni irsinin sənət vasitəsilə yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əhəmiyyətli təşəbbüslərdən biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti