Azərbaycanda texnogen mənşəli hadisələrin sayı açıqlanıb

Hadisə Materials 14 May 2026 18:18 (UTC +04:00)
Azərbaycanda texnogen mənşəli hadisələrin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin I rübü ərzində respublika ərazisində 3227 texnogen mənşəli hadisə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rüblük statistikasında məlumat verilib.

Statistikaya əsasən, 2026-cı ilin I rübü ərzində respublika ərazisində 99 təbii mənşəli hadisə qeydə alınıb, insan təlafatı və xəsarət alan olmayıb.

Bu ilin yanvar-aprel ayları ərazində 3326 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2025-ci ilin I rübü ilə müqayisədə 828 hadisə və ya 20% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər həlak olub, 86 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib, 658 nəfər təxliyə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti