Bakı. Trend:
Rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən “Azercell Telekom” MMC 2025-ci ildə müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və korporativ tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində fəaliyyətini uğurla davam etdirib.
Şirkət fərdi istifadəçilər, korporativ müştərilər və dövlət qurumları üçün etibarlı rəqəmsal tərəfdaş rolunu daha da möhkəmləndirib. İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi və xidmətlərdən istifadənin daha rahat və əlçatan olması şirkətin əsas prioritetlərindən biri olmağa davam edib.
Bu məqsədlə Azercell abunəçilərin rəqəmsal tələbatlarını daha çevik və fərdiləşdirilmiş şəkildə qarşılamaq məqsədilə “DigiMax” tarif paketini təqdim edib. Bu həll mobil internet, səsli rabitə və mesajlaşma xidmətlərini vahid paketdə birləşdirərək istifadəçilərə daha çevik və fərdiləşdirilmiş xidmət təcrübəsi təqdim edib.
“Müştəri xidmətlərinin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri “SİMA İmza” rəqəmsal imza platformasının istifadəyə verilməsi olub. Bu texnologiyanı ölkədə tətbiq edən ilk mobil operator olaraq Azercell yeni nömrələrin aktivləşdirilməsi və əksər əməliyyatların tam elektron formatda həyata keçirilməsini təmin edib. Bu yanaşma xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır, müştəri rahatlığını artırır və kağız istifadəsinin azalması ilə ekoloji təsirin minimuma endirilməsinə töhfə verir.
Eyni zamanda, şirkət mobil balansın gündəlik həyatda istifadə
imkanlarını genişləndirib. “Wingz” MMC ilə əməkdaşlıq çərçivəsində
abunəçilərə skuter icarəsi xidmətinin ödənişini birbaşa mobil
balans vasitəsilə həyata keçirmək imkanı yaradılıb ki, bu da
şəhərdaxili mobillikdə müasir və ekoloji yanaşmanı təşviq edir.
Dövlət təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən
layihələrə xüsusi diqqət ayrılıb. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hərbi qulluqçular
üçün xüsusi rabitə həllərinin inkişafını nəzərdə tutan memorandum
imzalanıb. Bu çərçivədə təqdim edilən “Əsgərcell” təklifi xidmət
dövründə əsgərlərin yaxınları ilə etibarlı və təhlükəsiz əlaqəsini
təmin edəcək.
Korporativ sektorda “Azercell Biznes” rəqəmsal biznes mühitinin tələblərinə cavab verən innovativ həllərin inkişafını davam etdirib. Əsas layihələrdən biri olan Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması müxtəlif rəqəmsal kanallardan daxil olan müraciətlərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasına, avtomatlaşdırılmış kommunikasiya proseslərinin həyata keçirilməsinə və süni intellekt əsaslı çatbotlar vasitəsilə 24/7 xidmət göstərilməsinə imkan yaradıb.
Sektorlar üzrə rəqəmsal həllərin inkişafı da hesabat dövründə diqqət mərkəzində saxlanılıb. Bu çərçivədə nəqliyyat və logistika sektoru üçün nəzərdə tutulmuş “YolDASH360” platforması təqdim olunub. Həll videomüşahidə, süni intellekt və GPS texnologiyalarını birləşdirərək monitorinq, təhlükəsizlik və əməliyyat idarəetmə proseslərinin daha effektiv təşkilinə imkan verir.
2025-ci ildə şirkət beynəlxalq tərəfdaşlıqlarını gücləndirməyə
davam edib. Qlobal avtomatlaşdırma lideri UiPath ilə strateji
əməkdaşlıq çərçivəsində təqdim olunan robotik proses
avtomatlaşdırılması (RPA) həlləri korporativ müştərilərə əməliyyat
səmərəliliyini artırmaq və resurslardan daha effektiv istifadə
etmək imkanı yaradıb.
Azercell həmçinin telekommunikasiya və texnologiya sahəsində
aparıcı beynəlxalq alyanslardan biri olan TM Forum-un rəsmi üzvü
olub. Bu tərəfdaşlıq şirkətə rəqəmsal xidmətlərin inkişafı və
müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində qabaqcıl
təcrübələrə çıxış imkanı qazandırıb.
2025-ci ildə “Azercell TechTalks” təşəbbüsü çərçivəsində
korporativ müştərilər üçün ilk konfrans təşkil olunub. “Gələcəyi
dəyişən texnologiyalar” mövzusuna həsr edilən tədbirdə süni
intellekt, təhlükəsiz rəqəmsal innovasiyalar və robotik
avtomatlaşdırma kimi əsas texnoloji trendlər müzakirə olunub.
Tədbirdə Amazon Web Services, Cisco, FutureBright Group və UiPath
kimi aparıcı şirkətlərin nümayəndələri öz təcrübələrini
iştirakçılarla bölüşüblər.
Beləliklə, 2025-ci il Azercell üçün rəqəmsal imkanların daha da
gücləndirilməsi və xidmət portfelinin genişləndirilməsi baxımından
əlamətdar olub. Şirkət Azərbaycanın rəqəmsal ekosisteminin
inkişafına töhfə verən müasir, innovativ və yeni dövrün tələblərinə
cavab verən həllər təqdim etməklə bazardakı mövqeyini daha da
gücləndirməyə davam edib.