Naxçıvanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri azalıb

Telekommunikasiya Materials 13 May 2026 19:29 (UTC +04:00)
Naxçıvanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 5,189 milyon manat təşkil edib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,3% azdır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, sözügedən sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən ümumi ölkə üzrə bu ilin yanvar-aprelaylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 271,2 milyon manat təşkil edib.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti