Bakı. Trend:
"Beşiktaş" Fransa millisinin sabiq üzvü ilə maraqlanır.
Trend xəbər verir ki, “qara qartallar” Nabil Fekirin transferini reallaşdırmaq niyyətindədir.
BƏƏ-nin “Əl-Cəzirə” klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Fekirin “Beşiktaş”a yollanacağı gözlənilir.
Nabil “Lion”, “Betis” klublarında oynadıqdan sonra 2024-cü ildə “Əl-Cəzirə”yə keçib.
