WUF13 keçirilən məkanda qida qiymətlərinə nəzarət ediləcək (FOTO)

Cəmiyyət Materials 13 May 2026 12:36 (UTC +04:00)
WUF13 keçirilən məkanda qida qiymətlərinə nəzarət ediləcək (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

WUF13 keçirilən məkanda satılan qidaların qiymətlərinə nəzarət ediləcək ki, şəhərdəkindən artıq olmasın.

Trend xəbər verir ki, bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov tədbir məkanına mediatur zamanı deyib.

O bildirib ki, Bakı Olimpiya Stadionunun hər yerində məlumatlandırma lövhələri quraşdırılıb: "WUF13 məkanı şəhərcik formasında təsis edilib. Məkan daxilində kafe və restoranlar da fəaliyyət göstərəcək. Ərazidə küçələr yaradılıb. İştirakçılar vaxtlarının böyük hissəsini çöldə keçirəcəklər. "Media mərkəzi"ndən istənilən digər məntəqəyə keçid mümkün olacaq".

A. Məmmədov vurğulayıb ki, WUF13 günlərində BMT tərəfindən qoyulan tələblər hamısı yerinə yetirilir.

O əlavə edib ki, xaricdə olan və qeydiyyatdan keçmiş istənilən şəxs hibrid şəkildə WUF13 sessiyasına qoşula biləcək:

“Forum üçün xarici ölkələrdən 165 tərcüməçi dəvət edilib. Həmçinin işarət dili ilə izah da mümkün olacaq. Forum zamanı 14 otaqdan canlı yayım mümkün olacaq. Forumun canlı yayımını Bakı Media Mərkəzi təşkil edəcək. Canlı yayımla bağlı sınaq mərhələsi artıq yekunlaşıb. Media mərkəzində həmçinin müsahibə üçün də otaqlar ayrılıb. Məkan üzrə 4 kilometrə yaxın panellərdən istifadə olunub. Media mərkəzində 140 işçi üçün masa var, onlardan 28-i canlı yayımçılar üçündür", - deyə o əlavə edib.

Adil Məmmədov bildirib ki, tədbirə ümumilikdə 32 mindən çox iştirakçının qatılması gözlənilir:

"WUF13 ərazisinin ümumi sahəsi 53 hektardır. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub. Forumda jurnalistlərin ümumi sayı isə 1020-dən çoxdur. WUF13 forumunda iştirak üçün 180 ölkədən nümayəndə qeydiyyatdan keçib".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti