Albaniya Baş nazirinin müavini Azərbaycana səfər edəcək (ÖZƏL)

Siyasət Materials 12 May 2026 15:48 (UTC +04:00)
Albaniya Baş nazirinin müavini Azərbaycana səfər edəcək (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın Baş nazirinin müavini Albana Koçiu Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

“Tədbirdə Albaniya nümayəndə heyətinə baş nazirin müavini Albana Koçiu rəhbərlik edəcək”, - deyə mənbə bildirib.

Qeyd edək ki, "WUF13" mayın 17-dən 22-dək BMT-nin UN-Habitat proqramı ilə Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçiriləcək. Forum müxtəlif ölkələrdən dövlət qurumlarının, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin və akademik dairələrin nümayəndələrini, eləcə də beynəlxalq təşkilatları bir araya gətirəcək.

2001-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiyaya həsr olunmuş aparıcı qlobal konfransdır. Hər iki ildən bir keçirilən bu Forumda sürətli urbanizasiyanın şəhər və icmalara, eləcə də müxtəlif ölkələrə və iqlim dəyişmələrinə təsirləri müzakirə olunur. İlk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən Forum hər iki ildən bir müxtəlif dünya şəhərlərində təşkil olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti