Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 21 milyard 120,4 milyon manat dəyərində çox sənaye məhsulu istehsal edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3% çoxdur.
Dövr ərzində qeyri-neft-qaz sənayesi istehsalının dəyəri isə 7 milyard 92,2 milyon manata bərabər olub. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artım deməkdir.
Ümumilikdə, bu ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Məlumata əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə eal ifadədə 0,2 faiz böyüyüb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,7 faiz artıb.
