Niderland baş naziri ağır allergiya səbəbindən xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 12 May 2026 21:48 (UTC +04:00)
Niderland baş naziri ağır allergiya səbəbindən xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Niderland baş naziri Rob Yetten krallığın Karib dənizi ərazisinin bir hissəsi olan Bonaire adasında ağır allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə baş nazir "X" sosial şəbəkəsində yazıb.

"Beynəlxalq Tibb Bacıları Günündə xüsusi bir ziyarət. Şiddətli allergik reaksiya səbəbindən xəstəxanada bir neçə saat keçirməli oldum", - deyə o bildirib.

Onun sözlərinə görə, tibbi yardım aldıqdan sonra o, "bir az tənzimlənmiş proqram çərçivəsində" Bonayreyə işgüzar səfərini davam etdirə bilib.

"NU.nl" portalı xəbər verib ki, R. Yetten üzgüçülük zamanı naməlum bir heyvan tərəfindən dişlənib və bundan sonra allergik reaksiya yaranıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti