Bakı. Trend:
İran Vaşinqton Tehranın beş şərtini yerinə yetirənə qədər münaqişənin həlli üçün ABŞ ilə danışıqlara qayıtmaq niyyətində deyil.
Trend-in məlumatına görə, bu barədə İran mediası xəbər verib.
Məlumata əsasən, İrəli sürülən şərtlər arasında bütün istiqamətlərdə, xüsusən də Livanda hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin blokdan çıxarılması, müharibənin vurduğu ziyana görə kompensasiya və Tehranın Hörmüz boğazına suveren hüquqlarının tanınması olub.
Bildirilib ki, bu tələblərin yerinə yetirilməsi etimadın bərpası və danışıqlar prosesinin mümkün bərpası üçün zəruri olan minimum hesab olunur.
