İsrailin Livana hava hücumları nəticəsində 13 nəfər həlak olub

Dünya xəbərləri Materials 13 May 2026 03:56 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı "Hizbullah"ın dayaq məntəqələri olan yaşayış məntəqələrinə bir sıra zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə Livan Səhittə Nazirliyi xəbər verib.

Bildirilib ki, nəticədə 24 saat ərzində ən azı 13 nəfər həlak olub, 14 nəfər yaralanıb.

"Nəbatiyə şəhərinə edilən hava hücumunda iki mülki müdafiə işçisi də daxil olmaqla beş livanlı həlak olub. Nəbatiyyə yaxınlığındakı Cibşitdə biri Livan ordusu əsgəri də daxil olmaqla dörd nəfər həlak olub", - deyə bildirilib.

Bint Jbeil sərhəd rayonundakı Kfar Dunin kəndinin bombalanması nəticəsində bir qadın və bir uşaq da daxil olmaqla daha dörd sakin həlak olub.

Xəbər lenti

Xəbər lenti