Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 12 May 2026 09:37 (UTC +04:00)
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 11-də saat 07:00 radələrində Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, Göyçayev Orxan Elxan oğlu idarə etdiyi “BYD Seal 05” markalı avtomobillə Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində hərəkətdə olarkən piyada Yekaterina Serafimovna Əzizovanı vurub.

Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti