Bakı. Trend:
8 May - Beynəlxalq Talassemiya Günü münasibətilə "Yelo Bank"ın Baş ofisi növbəti dəfə xeyirxahlıq mərkəzinə çevrildi. Bankın "Qan ver, həyat qurtar" çağırışına böyük həvəslə qoşulan əməkdaşlar talassemiya və hemofiliya ilə mübarizə aparan insanlara dəstək olmaq üçün donor kimi iştirak etdilər.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının peşəkar həkim heyətinin nəzarəti ilə keçirilən aksiya zamanı toplanan qan ehtiyatı, həyati vacib müalicə alan şəxslərin sağlamlığına xidmət edəcək.
"Yelo Bank" bu cür təşəbbüslər vasitəsilə parlaq xəyalları olan
insanların gələcəyinə töhfə verməkdən məmnunluq duyur. Bank səhhəti
imkan verən hər kəsi donor olmağa və bu nəcib missiyada iştirak
etməyə dəvət edir.
Kredit
kalkulyator vasitəsilə ilə hesabladığınız kredit ilə bağlı daha
ətraflı məlumat lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!