“Gadamly” gəmisi Xəzər regionunda, xüsusilə Azərbaycan istiqamətində fəaliyyət göstərəcək -Səfir

İqtisadiyyat Materials 12 May 2026 12:00 (UTC +04:00)
“Gadamly” gəmisi Xəzər regionunda, xüsusilə Azərbaycan istiqamətində fəaliyyət göstərəcək -Səfir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanda tam şəkildə inşa edilən ilk “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına səfəri iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafının növbəti göstəricisi kimi qiymətləndirilir.

Trend xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Bakı Beynəlxalq Dəniz Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimində çıxışı zamanı deyib.

Səfir bildirib ki, 6 100 ton yükdaşıma qabiliyyətinə malik gəmi Türkmənbaşı Beynəlxalq Dəniz Limanının Balkan Gəmiqayırma və Gəmi Təmir Zavodunda Cənubi Koreya şirkəti ilə əməkdaşlıq çərçivəsində inşa olunub.

Onun sözlərinə görə, “Gadamly” Koreya tərəfi ilə imzalanmış müqavilə əsasında inşa olunan iki quru yük gəmisindən ilkidir. İkinci gəminin tikintisinə isə 2024-cü ilin iyul ayında start verilib.

Diplomat qeyd edib ki, konteyner daşımaları üçün nəzərdə tutulan gəmi Xəzər regionunda, xüsusilə Azərbaycan istiqamətində fəaliyyət göstərəcək. O vurğulayıb ki, layihə milli donanmanın gücləndirilməsi, dəniz infrastrukturunun yenilənməsi və logistika imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qurbanməmmet Elyasov əlavə edib ki, “Gadamly” Xəzər dənizində beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

Səfirin sözlərinə görə, gəminin ilk səfərinin məhz Bakı Limanına edilməsi Türkmənistanın Azərbaycanla əlaqələrin, xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin göstəricisidir.

O həmçinin qeyd edib ki, bu hadisə iki qardaş xalq arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin daha bir nümunəsidir. Diplomat yüksək səviyyəli görüş və danışıqların Türkmənistan-Azərbaycan əməkdaşlığının möhkəmlənməsində xüsusi rol oynadığını da diqqətə çatdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti