Bakı. Trend:
İri istehlakçılar üçün illik qaz sərfiyyatının həddi müəyyən edilib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iri istehlakçılar üçün illik qaz sərfiyyatının həddi 300 000 000 (üç yüz milyon) kub metr və ondan yuxarı müəyyən edilib.
