Tramp mümkün siyasi varislərini açıqlayıb

Dünya xəbərləri Materials 12 May 2026 14:52 (UTC +04:00)
Tramp mümkün siyasi varislərini açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ Dövlət katibi Marko Rubio və ölkənin vitse-prezidenti Cey Di Vensi özünün mümkün varisləri adlandırıb.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Polis Əməkdaşları Həftəsi" münasibətilə təşkil olunan şam yeməyində bildirib.

Onun sözlərinə görə, Rubio və Vensdən “arzular komandası” alına bilərdi, lakin Tramp müəyyən xırda detalların olduğunu qeyd edib.

“Bülleten üçün əla səslənir: Cey Di və Marko. Mükəmməl namizədlərdir. Yeri gəlmişkən, mən hesab edirəm ki, bu, "arzular komandası"dır, amma müəyyən xırda detallar var”, – deyə Tramp vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti