Azərbaycan atıcıları Avropa çempionatında iki gümüş medal qazanıblar

İdman Materials 11 May 2026 19:58 (UTC +04:00)
Azərbaycan atıcıları Avropa çempionatında iki gümüş medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın atıcılıq millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında növbəti uğura imza atıblar.

Trend xəbər verir ki, təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında yüksək nəticə göstərərək final mərhələsinə yüksəliblər.

Final qarşılaşmasında inamlı və peşəkar çıxış edən idmançılar Avropa çempionatının gümüş medalını qazanıblar.

Xəbər lenti

Xəbər lenti