NATO Yaponiya və digər ölkələrdə kosmodromlarından istifadə imkanlarını araşdırır

Dünya xəbərləri Materials 10 May 2026 05:18 (UTC +04:00)
NATO Yaponiya və digər ölkələrdə kosmodromlarından istifadə imkanlarını araşdırır

Bakı. Trend:

NATO Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiyadakı buraxılış məntəqələrindən birgə peyklərin buraxılması üçün istifadə imkanlarını araşdırmağa başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Nikkei" qəzeti xəbər verib.

Nəşrin mənbələrinə görə, söhbət NATO tərəfindən 2024-cü ildə başladılan "Starlift" proqramına alyansın dörd Hind-Sakit okean tərəfdaşının qoşulmasından gedir. Proqram çərçivəsində Almaniya, İtaliya və Fransa da daxil olmaqla 10-dan çox üzv dövlət qarşılıqlı əsasda bir-birlərinə öz buraxılış yerlərinə giriş imkanı verir.

"Starlift"in məqsədi mövcud peyklərin zədələnməsi və ya məhv edilməsi halında ehtiyat peyklərin orbitə sürətli şəkildə yerləşdirilməsini təmin etməkdir. Proqram həm hərbi, həm də kommersiya peyklərini əhatə edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti