Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə Vladimir Putin jurnalistlərə deyib.
"Üçüncü ölkədə də görüşmək mümkündür, lakin yalnız o halda ki, sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edilsin. Bu müqavilə uzunmüddətli tarixi perspektivə hesablanmalıdır ki, ya bu tədbirdə iştirak etmək, ya da nəsə imzalamaq mümkün olsun. Amma bu, danışıqların özü deyil, yekun nöqtə olmalıdır", - deyə o bildirib.
