bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Energetika Materials 11 May 2026 09:00 (UTC +04:00)
bp Qarabağ layihəsi üzrə ƏMSSTQ sənədini ictimaiyyətlə müzakirə etmək üçün görüş keçirəcək

Bakı. Trend:

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

bp bütün maraqlı tərəfləri 15 may 2026-cı il tarixində saat 13:00-dan 15:00-dək “Microsoft Teams” vasitəsilə keçiriləcək bu görüşdə iştirak etməyə dəvət edir.

ƏMSSTQ sənədinin layihə variantı və rəy formaları 1 may2026-cı il tarixindən bp-nin veb-səhifəsinə yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:

Azərbaycan dilində:

https://go.bp.com/bqD5u


İngilis dilində:

https://go.bp.com/K4B06


Görüşdə proqram və sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları cavablandırılacaq, irəli sürülən fikirlərvə rəylər ətrafında müzakirə keçiriləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə aşağıdakı keçid vasitəsilə qoşulmaq olar:

https://go.bp.com/AEhxo

Qoşulma təlimatı

Kompüterdən qoşulma

Mobil telefondan qoşulma

“Microsoft Teams” vasitəsilə görüşə qoşulmaq üçün təqdim edilmiş keçiddən istifadə edin. Bu keçidin açacağı səhifədə siz görüşə veb vasitəsilə və ya kompüter proqramını yükləməklə qoşula bilərsiniz. Əgər sizdə Teams proqramı artıq mövcuddursa, görüşə avtomatik şəkildə giriş edəcəksiniz.

Əgər sizin Teams hesabınız yoxdursa və görüş təşkilatçısı bu funksiyaya icazə veribsə, siz adınızı daxil etməklə, görüşə “qonaq” qismində qoşula bilərsiniz.

Əgər sizin Teams hesabınız mövcuddursa, o zaman Sign in bölməsinə daxil olaraq (onun yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) görüşə qoşula bilərsiniz.

Audio, video və məzmun bölüşmə funksiyaları da daxil olmaqla, mobil telefonda Teams proqramından ən yaxşı şəkildə istifadə edə bilmək üçün Teams proqramının mobil versiyasını yükləmək lazımdır.

Əgər bu proqram sizdə mövcuddursa, proqramı açıb görüşə qoşulmaq üçün “Join Microsoft Teams Meeting” keçidindən istifadə edin. Əgər bu proqram telefonunuzda yoxdursa, qeyd edilmiş keçid sizi “app store” platformasına yönləndirəcək və siz oradan həmin proqramı yükləyə bilərsiniz.

Əgər Teams hesabınız yoxdursa, “qonaq”qismində görüşə qoşulmaq üçün “Join as a guest”bölməsini seçin və adınızı daxil edin.

Əgər Teams hesabınız varsa, o zaman görüşə qoşulmaq (proqramın yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) üçün “Sign in and join” bölməsini seçin.

Qeyd: proqramı görüş başlamamışdan öncə yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq 1-2 dəqiqə vaxt apara bilər.

Xəbər lenti

Xəbər lenti